14 
İyn
2019
14:06
343
46
6129
Virtual karabakh

Türkiyəli müğənninin Bakı konserti yenə ləğv olundu

14 İyn, 2019
14:06
6129

Türkiyəli müğənninin Bakı konserti yenə ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Elektra Hall”da çıxış etməli olan türkiyəli müğənni Demet Akalının konserti ləğv olunub. Artıq 1600 bilet satılsa da, ifaçı Bakıya gəlməkdən imtina edib. O, sabah Türkiyədə klubların birində səhnəyə çıxacaq.

“iTickets”dən Oxu.Az-a verilən məlumata görə, onlayn yolla alınan bileti qaytarmaq istəyən şəxslər “qaynar xətt” vasitəsilə əlaqə saxlayıb pullarını geri ala bilərlər.

Əgər bilet kassadan alınıbsa, Nizami Kino Mərkəzinin yanında yerləşən “iTickets” kassasına yaxınlaşmaq kifayətdir.

Qeyd edək ki, D.Akalının konserti mayın 1-nə təyin olunmuşdu, lakin sonra vaxt dəyişdirilərək 14 iyuna, yəni bu günə müəyyənləşdirilmişdi.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri