14 
İyn
2019
22:34
178
36
6402
Virtual karabakh

Serialın yayımı dayandırıldı, TV cərimə olundu

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cəzalandırıb. 

Oxu.Az xəbər verir ki, buna səbəb “Fox Life”da Amerika istehsalı olan “Jane The Virgin” serialının yayımlanması olub.

Qeyd olunub ki, sözügedən serialda həmcinslərin münasibətləri qabardılıb, bu isə Türkiyə milli-mənəvi dəyərlərinə ziddir. 

Həmçinin, RTÜK FOX TV-ni cəmiyyətin əxlaq dəyərlərini heçə saymaqda günahlandırıb. 

Şura serialın yayımlanmasını dayandıraraq, kanalı yüksək məbləğdə cərimələyib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri