15 
İyn
2019
19:31
533
195
5437
Virtual karabakh

“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz - VİDEO

15 İyn, 2019
19:31
5437

“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mənə görə, kişi seçimini bir dəfə edər, ölənə kimi bir qadınla yaşayar. Oğluma da deyirəm; seçimini elə et ki, sonra peşman olma.

Bu sözləri “Faytonçu” ləqəbi ilə tanınan müğənni Nazim Pişyari ARB TV-də dilə gətirib.

Nazim boşanıb ikinci dəfə evlənən kişiləri qınayıb:

“Vay o kişinin halına ki, evlənib boşanır. Yorulmadın camaatın qızlarını bədbəxt etməkdən? Evlənməzdən əvvəl həyat yoldaşıma dedim ki, mən beləyəm. Ona görə də 30 ildir dözür. Dözməyən, müğənniyə ərə getməsin. Sənətçiyə mesaj da, zəng də gələr, şantaj da edilər. Ailəni işə qatmaq olmaz”.

Nazimin qalmaqallı müsahibəsi sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri