17 
İyn
2019
21:05
30
183
7880
Virtual karabakh

Ötən gün evlənən Zerrin Özerin əri haqqında iddia - Dələduzdur

17 İyn, 2019
21:05
7880

Ötən gün evlənən Zerrin Özerin əri haqqında iddia - Dələduzdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün təmtəraqlı şəkildə ərə gedən Türkiyənin məşhur müğənnisi Zerrin Özerin həyat yoldaşı Murad Akınca haqqında mediaya maraqlı iddialar sızıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D-də yayımlanan “2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muradın onunla birlikdə 3 qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək, 61 yaşlı Zerrinin yeni ərini biabır edib.

“Mahmud Atalay adından istifadə edir. Anası ilə birlikdə dələduzluq edir. Saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiyindən pullar anasının hesabına köçür. Özünü fitnes ustası kimi təqdim edir. 1 il 5 ay münasibətdə olduq. Sonra məndən borc istəməyə başladı. Müxtəlif bəhanələrlə məndən 30 min dollar pul aldı. Bir oğlum var, məni onu öldürməklə hədələdi.

Zerrin Özerlə toy fotolarını görüb çox sevindim. Çünki, 2016-cı ildən onu axtarıram”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri