18 
İyn
2019
13:25
192
54
5139
Virtual karabakh

Aparıcıdan etiraf: Hotellərdən “domaşnik”ləri çırpışdırıram

18 İyn, 2019
13:25
5139

Aparıcıdan etiraf: Hotellərdən “domaşnik”ləri çırpışdırıram

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teleməkanın tanınmış aparıcısı Azər Qərib şəxsi “İnstagram” hesabında gündəmə səbəb olan paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Oxu.Az xəbər verir ki, A.Qərib təyyarədən yayımladığı fotoda hotellərdən oğurluq etdiyini yazıb:

“Sizi bilmirəm, mən həmişə hotellərdən “domaşnik”ləri (tərlik - red.) çırpışdırıram, bunu da aparacağam. Əvvəla, xalatdan, dəsmaldan, ədyaldan, televizordan fərqli olaraq, “domaşnik”ləri aparmaq günah deyil. O, sırf sizindir, otağa qoyulan andan artıq sərfiyyata silinib, həm də ki, bağda filanda lazım olur.

Hətta hotellərin özləri bu “oğurluğu” dəstəkləyirlər, çünki əlavə reklamdır”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri