18 
İyn
2019
15:38
157
65
6702
Virtual karabakh

Məşhur modeli islamofobiyada qınayıb təhqir etdilər - FOTO

18 İyn, 2019
15:38
6702

Məşhur modeli islamofobiyada qınayıb təhqir etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur model Bella Hadidin ayaqqabısını nümayiş etdirmək üçün ayağını yuxarı qaldırarkən seçdiyi fon izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Oxu.Az xəbər verir ki, B.Hadid fotoda ayağını üzərində BƏƏ və Səudiyyə Ərəbistanı bayraqlarının təsvir olduğunu təyyarəyə tərəf uzadıb.

Bu hərəkətinə görə sosial şəbəkə izləyiciləri müsəlman olan Bellanı islamofobiyada və irqçilikdə günahlandıraraq ona qarşı “Instagram”da #BellaHadidIsRacist heşteqi yaradıblar. 22 yaşlı modelin bu hərəkətindən qıcıqlanan fanatlar onun ünvanına tənqid bir yana, təhqirlər də yağdırıblar.

Hadisədən pərişan duruma düşən B.Hadid dərhal fanatlarından üzr istəyərək düzgün anlaşılmadığını vurğulayıb:

“Ötən gün paylaşdığım fotonun siyasətə heç bir aidiyyəti yoxdur. Arxa fonda təyyarələri görməmişəm. Mən heç zaman bu aviaşirkətlərə, xüsusilə də bu gözəl ölkələrə qarşı belə hörmətsizlik göstərmərəm. Səmimi şəkildə hamıdan üzr istəyirəm və ümid edirəm ki, bunun anlaşılmazlıq olduğunu başa düşəcəksiniz”.

Ancaq heç də hamı Bellanın səmimiyyətinə inanmayıb. İzləyicilər fotonun bilərəkdən yayımladığını yazaraq modeli topa tutublar. Məsələ ondadır ki, qalmaqaldan bir neçə gün əvvəl Hadid Sudanda baş verən münaqişə haqqında qalmaqallı yazı paylaşıb. Həmin yazıya görə model sərt tənqid atəşinə tutulub.

“Twitter” istifadəçiləri #BellaHadidIsRacist heşteqi altında Bellanın rəsmi siması olduğu brend məhsulların məhv edildiyini əks etdirən videoçarxlar paylaşır. Bundan ən çox ziyan “Dior”a dəyib. Çoxları Hadidin məhz karyerasını itirmək qorxusundan üzrxahlıq etdiyini yazır, bəziləri isə bunu şirkətin təkidi ilə etdiyini iddia edir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri