18 
İyn
2019
17:00
116
173
9769
Virtual karabakh

Zerrin Özerin evliliyi iki gün çəkdi - Boşanır

Üç ildir birlikdə olduğu Murat Akıncı ilə iki gün əvvəl evlənən türkiyəli müğənni Zerrin Özer boşanır.

Sözcü”nün yaydığına görə, bununla bağlı müğənni prodüseri vasitəsilə açıqlama yayıb.

“Hörmətli media mənsubları. 16 iyun bazar günü evlənən Zerrin Özer və Murat Akıncı haqqında iki gündür çıxan xəbərlər evlilik birliyini təməldən sarsıb. Zerrin Özer az öncə mənə boşanma qərarını açıqlayıb. Lazımi hüquqi proses tərəfimizdən başladılıb”, - müğənninin prodüseri qeyd edib.

Xatırladaq ki, iyunun 16-da 61 yaşlı Zerrin Özer özündən 26 yaş kiçik sevgilisi ilə nikah masasına oturub. Dünən isə “Kanal D”də yayımlanan “2-ci Sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muratın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək, Zerrinin ərini biabır edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri