22 
İyn
2019
17:38
37
104
4865
Virtual karabakh

Daha bir neçə məşhurun adı “Şöhrət xiyabanı”nda

22 İyn, 2019
17:38
4865

Daha bir neçə məşhurun adı “Şöhrət xiyabanı”nda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud Ticarət Palatası adı Hollivud bulvarındakı “Şöhrət” xiyabanına yenicə daxil edilən məşhurların siyahısını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, bu möhtəşəm mükafata aktrisalardan Sindi Krouford, Culiya Roberts, Oktaviya Spenser, aktyorlardan Kris Hemsvort, Maherşala Ali, Lorens Fişbörn, rejissor Spayk Li, televiziya aparıcısı Vendi Uilyams, musiqiçilər Billi Aydol, “50 Cent”, Elvis Kostello və digərləri layiq görülüblər.

Məşhurların adının həkk olunduğu hər bir ulduzun təntənəli açılış mərasiminin ilin sonunadək keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, “Şöhrət xiyabanı” (Walk of Fame) Hollivud bulvarında və Vayn Strit küçəsinin üç məhəlləsində küçənin hər iki trotuarı boyunca 15 məhəllədə yerləşən, əyləncə sahəsinin nailiyyətlərini əks etdirən ictimai abidədir.

2500-dən çox beşbucaqlı mis ulduz trotuarın plitələrində həkk edilib. Burada aktyorlar, musiqiçilər, prodüserlər, musiqi və teatr truppalarının rəhbərlərinin, real və uydurulmuş personajların əyləncə və incəsənət sahəsinə verdikləri töhfələrə görə ulduzları həkk olunub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri