23 
İyn
2019
12:28
329
277
3976
Virtual karabakh

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

23 İyn, 2019
12:28
3976

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün “Sea Breeze”də keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalı çərçivəsində ilk dəfə “Pre-Party” baş tutub. Xalq artisti Emin Ağalarov səhnə öncəsi media nümayəndələrinin suallarını cavablandırıb.

Oxu.Az xəbər verir ki, Xalq artisti iyulun 25-dən 28-dək baş tutacaq “Jara-2019”un hazırlıqları, möhtəşəm duetlər və rusiyalı ulduzların keçirilməsi planlaşdırılan yaradıcılıq gecələri haqqında danışıb.

Emin gələcəkdə Azərbaycanda “Jara” radiosu, eləcə də, “Jara TV” açmaq niyyətində olduğunu dilə gətirib. Onun sözlərinə görə, telekanal və radio yalnız Azərbaycan dilində fəaliyyət göstərəcək və “Jara” mükafatı məhz yerli ulduzlara veriləcək.

Qeyd edək ki, “Jara” musiqi festivalı ölkəmizdə dördüncü ildir ki, Xalq artisti Emin Ağalarov tərəfindən təşkil olunur.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri