İyl
2019
16:10
102
415
7763
Virtual karabakh

Aysun: Bağlı geyinirsən, “çuşka” deyirlər, açıq geyinəndə isə pozğun - MÜSAHİBƏ

Gənc müğənni Aysun İsmayılovanın Oxu.Az-a müsahibəsi:

- Rəqsanə İsmayılovanın çəkdirdiyi açıq-saçıq fotolar izləyicilər tərəfindən aqressiya ilə qarşılandı. Bəs sən ananın fotolarına necə reaksiya verdin? 

- Mən anamın şəxsi həyatına qarışa bilmərəm. Çünki mən onun anası deyiləm, qızıyam. Onu hər addımında dəstəkləyirəm. Eynilə o da məni hər kəsə qarşı qoruyar, dəstəkləyər. O, dörd uşaq anasıdır. 40 yaşı var. 22 yaşımda bu qədər idmanla məşğul oluram, amma 53 kilodan aşağı düşə bilmirəm.

Anam isə bu yaşda 49 kilodur. Bədənini niyə gizlətsin ki? Niyə Cenifer Lopez, Beyons soyunub şəkillər çəkdirəndə hamı heyrətlə baxır? Bir dəfə də özümüzünküləri tərifləyək, deyək ki, bu müğənninin dörd uşağı var, yenicə ana olub, ancaq gözəl bədən quruluşu var.

Bağlı geyinən müğənnilərə hamı “çuşka” deyir. Bir balaca bağlı geyinirsən, deyirlər ki, vay-vay, bu da “qıjı”lığını buraxmır. Yazıq bir az açıq geyinir, deyirlər ki, bu da pozuldu. Qurban olum, bəs nə edək?

Qərar verdim ki, insanların düşüncəsi ilə geyinməyəcəyəm. Belə də edirəm. Sənətim nəyi tələb edirsə, onu da geyinirəm. Əksinə, mən bağlı bir geyimdə foto çəkdirib “Instagram”da paylaşanda, yanımdakılar söyləyir ki, bir az bunu aç. Yəni bizdə hamı müasir fikirlidir. 

- Bəstəkar və müğənni Hacı Nazim Rəqsanə İsmayılova ilə bağlı xoş olmayan status paylaşdı. Onun “Rəqsanənin itə də bir əppək borcu var” yazması ananı yaman qəzəbləndirdi. Hacı Nazimlə Rəqsanənin arasında nələr yaşanır? 

- Açığı deyim ki, Hacı Nazimin bu cür sərt şəkildə reaksiya bildirməsini anlaya bilmirəm. Xəbərim yoxdur nə baş verdiyindən. Bu barədə anam danışsa, daha yaxşı olar. Nazim məni hər hansı tədbirdə və ya məclisdə görəndə salamlaşır, hal-əhval tutur. 

- Ola bilər ki, anan Nazimdən mahnı alıb, sonra pulunu verməyib?

- Mahnı alıb, pulunu verməmək məsələsi deyil. Belə bir söhbət yoxdur. Bu problem başqa bir məsələ ilə əlaqəlidir və həmin problemdə anamın nəinki Nazimə, heç kimə borcu yoxdur. “Bütün Bakıya borcu var” deyəndə sən - Hacı Nazim, bir-bir, qapı-qapı düşüb maraqlanmısanmı Rəqsanənin kimə borcu var, kimə yox? Rəqsanə Azərbaycanda yaşamır, necə ola bilər ki, onun kiməsə borcu olsun? Hər kəs hər kəsi tanıyır. Hamı da bilir ki, kim kimdir. 

- Anan ard-arda “Instagram” hesabında depressiv paylaşımları ilə diqqət çəkdi. Bundan sonra hamı onun Fazil bəylə ayrıldığını yazdı. Anan Rəqsanə ilə atalığın Fazil ayrılıb?

- Hər bir insanın həyatında problemləri olur. Heç kəsin həyatı büllur kimi saf deyil. Anam övladlarından, anasından uzaqdadır. Ad günündə qəmgin bir status yazmağı isə normaldır. Çünki ad günündə nə anası, nə də atası yanında oldu. O ki qaldı anamla atalığımın ayrılması xəbərlərinə, bu, şayiədən başqa bir şey deyil. Onlar çox başqa bir münasibətdədirlər. Çox gözəl ailələri var. Onlar bir-birilərini başqa cür sevirlər. Mən inanmıram ki, onlar nə vaxtsa ayrılsınlar. Allah uzaq etsin (qulaqlarını çəkir). 

- Atalığın Fazil bəy sənə necə dəstək olur?

- Elə əsl ata kimi... Ata övladına necə dəstək durmalıdırsa, o, mənə o cür dəstək durur. Onun haqqını və borcunu heç vaxt ödəyə bilmərəm.

- Aysun, sponsorun var?

- Sponsorum yoxdur. Bir dəfə mənə sponsorluq təklifi gəldi. Bir şirkət mənimlə müqavilə bağlayıb bütün xərclərimi qarşılayacaqdı. Qazanılan qonorarın 70 faizi onlara, 30 faizi isə özümə qalacaqdı. Düşündüm ki, birdən “hə” deyərəm, sonra çox qazanaram, bunların mənə buraxdığı pul isə onun yanında heç nə olar. Bunları dərk edib onlara rədd cavabı verdim.

Maddi cəhətdən mənə atam, anam kömək edir. Buna baxmayaraq, özümün də işlərim artıq yolundadır. Öz ayaqlarım üstündə dayana bilirəm. Nə edirəmsə, hansı iş görürəmsə, özüm edirəm. Heç kimin köməyinə, dəstəyinə ehtiyacım yoxdur. Çünki atam da, anam da, özüm də yetərincə pul qazanırıq. Bu gün “Instagram”dan, “YouTube”dan qazandığım pul mənə bəs edir.

Mən nəyə görə kimdənsə pul almalıyam və ya kimsə mənə sponsor olmalıdır? Sponsor haqqında sən mənə sual verəndə, əslində, başa düşdüm nəyi nəzərdə tutursan (gülür).

Etiraf edim ki, sponsor olmaq istəyən insanlar var. Ola bilər ki, kiminsə həyatında varlı sevgilisi olsun. Bu, normaldır. Məndə də ola bilər. Amma bu, o demək deyil ki, mənim sevgilim imkanlıdır deyə, ondan mənim üçün nəsə almağını istəməliyəm. Niyə? Əgər mən özüm qazanıramsa, özüm alaram. Əks halda onun yanında başım aşağı olacaq. Deyəcək ki, bunu sənə mən almışam. Elə ondansa, mən özüm ona istədiyini alaram, o da görər ki, onun yanında pula görə deyiləm. 

- Bu sponsorluq təkliflərini necə dəyərləndirirsən?

- Bir-iki yerdən eşitmişəm. Amma paylarını da necə lazımdır, vermişəm. Hətta dediklərinə peşman olublar. Bu günə kimi mənim heç kimlə adım hallanmayıb.

- Toylarda və xına məclislərində səni tez-tez görürük. Qonorarın nə qədərdir?

- Çox baha qiymətə getmirəm. Yarım saatı 5000 dollara gedirəm, deyə bilmərəm. Bu, mənim üçün hələ çox tezdir. Biz elə bir büdcə seçmişik ki, həm mənim ifa etdiyim hər hansısa bir mahnımın ödənişini çıxarsın, həm də insanların maddi baxımından məni məclislərinə çağırmaq üçün gücü çatsın. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri