İyl
2019
11:34
236
43
4387
Virtual karabakh

Gənc müğənnidən Elza və Murada sərt sözlər: Onlara bəstəkar demək olmaz - VİDEO

2 İyl, 2019
11:34
4387

Gənc müğənnidən Elza və Murada sərt sözlər: Onlara bəstəkar demək olmaz - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Əhməd Mustafayev əməkdar artist Elza Seyidcahan və bəstəkar-müğənni Murad Arifin ünvanına sərt ittihamlar səsləndirib.

Ə.Mustafayevin həmkarları ilə davaya çıxmasına səbəb onların özlərini bəstəkar adlandırmasıdır. O, “ATV Maqazin 10-larla” verilişində bildirib:

“Hansı kantatanı yazıb, bəstəkar adına layiq görülmüsən? Biz bəstəkarıqsa, onda Üzeyir Hacıbəyov kimdir? O da bəstəkardır, biz də bəstəkarıq? Dörd-beş notu yan-yana gətirib, beynində olan mahnını, bir az oradan, bir az buradan düzüb-qoşursansa, sən özünə necə bəstəkar deyə bilərsən?”

Ə.Mustafayev sadəcə həvəskar olduğunu qeyd edib:

"Bəstəkar Şopen, Motsartdır. Bu gün yazdığımız mahnı sabah yaddan çıxır. Biz necə bəstəkar ola bilərik? Murad Arifin adı gələndə çox adam deyir ki, plagiat musiqi yazan ifaçıdır. Onun bir çox mahnılarını qonşu ölkələrin ifaçıları oxuyub. Bu isə onun həm uğuru, həm də uğursuzluğudur.

Muradı o qədər önəmsəmədikləri üçün mahnısını ifa edəndə ondan icazə almırlar. Qonşu ölkələrdə yaşayan ifaçılar üçün Murad o qədər də sanballı deyil. Murad dəyərli yaradıcı adamdır. Amma o, bəstəkar deyil. Konservatoriyada bəstəkarlıq fakültəsini bitirməlisən və sən bu adı daşımalısan”.

O, Elzanın yazdığı və bəstələdiyi mahnıların populyar olmamasından da danışıb:

“Məlumatım var ki, Elzanın bəstəkarlığa yaxın əsər və mahnıları var. Onun yazdıqları populyar olmayıb. Elə bu gün də onlara tələbat yoxdur. Mən Elzaya bəstəkar deyə bilmərəm. O vaxt ona bəstəkar deyərdim ki, yazdığı hər hansısa əsərini orta məktəblərdə ifa edərdilər”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri