İyl
2019
12:07
228
95
4807
Virtual karabakh

Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur

8 İyl, 2019
12:07
4807

Şəkili müğənni UNESCO-nun qərarından danışdı: Böyük uğurdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanın dilbər guşələrindən olan Şəki şəhərinin tarixi hissəsi Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu qərar iyulun 7-də Bakıda keçiriliən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.

Tarixi hadisə ilə bağlı Şəki şəhərində doğulub boya-başa çatan Xalq artisti Gülyaz Məmmədova Oxu.Az-a açıqlama verib.

O, böyük fərəh hissi keçirdiyini deyib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib:

“Bir neçə gün əvvəl anamı görmək üçün Şəkiyə gəldim. Elə bu ərəfədə sosial şəbəkədə bu xəbəri görəndə çox sevindim. Bu, tək Şəki üçün yox, bütövlükdə Azərbaycan, onun mədəniyyəti üçün böyük uğur və qələbədir. Şəkiyə il boyu dünyanın əksər ölkələrindən turistlər axın edir. 

Bilirsiniz ki, Şəki öz tarixi yerləri, abidələri, sənət nümunələri və ləziz mətbəxi ilə tanınır. Buraya gələn bir də gəlmək istəyir. Azərbaycanın bir çox şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır.

Bizim doğma Şəkimiz də onlardan kənarda qalmayıb. Mən bir şəkili kimi, bu tarixi hadisədən qürur duyuram və ümid edirəm ki, bundan sonra Şəkidə daha gözəl işlər görüləcək. Bütün bunlara görə cənab Prezident İlham Əliyevə və onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk”. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri