İyl
2019
17:04
66
195
7382
Virtual karabakh

Rəqsanə ilə Təranə arasında qalmaqal: Kaş həbsxanaya düşməyində əlim olaydı

8 İyl, 2019
17:04
7382

Rəqsanə ilə Təranə arasında qalmaqal: Kaş həbsxanaya düşməyində əlim olaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” proqramının “Onlarla 3 dəqiqə” rubrikasında söz savaşına çıxıb.

Oxu.Az xəbər verir ki, T.Səmədova müxbirin “Hansı ifaçı zövqsüz geyinir?” sualına cavabında Rəqsanənin adını çəkib:

“Mənə görə Rəqsanə. Onunla işləyəndə həsəd aparırdım. Çox zövqsüz idi. Başladı “madalyerlərlə” (məsxərəyə qoyur - red.) işləməyə. Oğurlayırdı, başlayırdı zövqlü geyinməyə”.

Hazırda Moskvada yaşayan R.İsmayılova isə qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib. Sənətçi sükan arxasında əyləşərək prodüserə bir dəqiqəlik videomüraciət ünvanlayıb:

“Rayon qızı idim. Rayondan çıxıb gəldim Bakıya. Qoy, mən “madalyer” deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mən nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olaydı. Gərək səni buraxmazdılar, çıxdın, dilin uzandı. Elə etmə ki, başqa şeylər edim.

Başımı aşağı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. Özüm öz diskimi oğurladım səndən”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri