İyl
2019
23:40
149
148
11808
Virtual karabakh

Rusiyalı milyarder özündən 24 yaş kiçik məşuqəsi ilə evləndi - FOTO/VİDEO

8 İyl, 2019
23:40
11808

Rusiyalı milyarder özündən 24 yaş kiçik məşuqəsi ilə evləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı milyarder İqor Kesayev evlənib.

“Super.ru” xəbər verir ki, 3,2 milyard dollar sərvəti ilə məşhur “Forbes” jurnalının “Rusiyanın ən zəngin insanları” siyahısında 35-ci yeri tutan 52 yaşlı iş adamı özündən 24 yaş kiçik məşuqəsi ilə ailə həyatı qurub.

İqorun xanımı “Miss Sarışın Ukrayna-2013” müsabiqəsinin qalibi Olqa Klimenkodur.

90-cı illərdə tütün məmulatları və alkoqollu içkilərin nümayəndəlikləri ilə məşğul olaraq varlanıb, biznes imperiyası quran İ.Kesayev “Diksi”, “Bristol”, “Viktoriya”, “Krasnoye&Beloye” supermarketlər şəbəkəsinin, Rusiya ərazisində satılan bütün siqaretlərin 66%-ni əlində cəmləşdirən “Meqapolis” şirkətinin, eləcə də Moskvanın mərkəzində ucaldılan 340 metrlik “Merkuriy-City-Tower” binasının sahibidir.

Bu, Kesayevin sayca ikinci evliliyidir. Onun birinci həyat yoldaşı Stella Kesayeva “Stella Art Foundation”ın sahibəsidir. Bu fond müasir sənətkarlığı özündə təcəssüm etdirir.

Milyarderin qızı İlona Kesayeva isə atasının sahib olduğu binada sənət əsərlərindən ibarət qalereya açmağa hazırlaşır.

Alkoqol maqnatının əsas gəlir yerlərindən biri olan “Merkuri”nin birinci mərtəbəsində onun ikinci həyat yoldaşı Olqanın şəxsi və dəbdəbəli restoranı fəaliyyət göstərir. Gözəllik kraliçası, Kesayevin soyadını daşıyaraq, ərinin sahibi olduğu “World Fashion” telekanalında kulinariya aparıcısı kimi karyerasını qurmaqdadır.

Livanda gözəllik müsabiqəsinin qalibi olan Klimenko Kiyevin Milli Aviasiya Universitetinin Sosiologiya fakültəsinin məzunudur.

2016-cı ildə hələ də Stella Kesayeva ilə evli olan milyarder müxtəlif tədbir və özəl gecələrə məşuqəsi ilə qatılır və bundan çəkinmirdi. 2017-ci ilin əvvəlində isə Kesayev birinci arvadı ilə ayrılır, lakin buna baxmayaraq Stella hələ də onu müsahibələrində əri kimi qələmə verir.

Rəşad Əliyev

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

52-летний владелец магазинов «Дикси», «Красное&Белое» и много чего другого Игорь Кесаев, занимающий 35-е место в списке богатейших людей России, женился на 28-летней украинской модели Ольге Клименко. До переезда в Москву «Мисс Блонд Украина – 2013» жила вполне обычной жизнью: окончила киевский Национальный авиационный университет по специальности «Социология», занималась стрип-пластикой и проводила время с друзьями в караоке. Первая жена Игоря Стелла до сих пор называет его своим мужем (как и Forbes, который подписывает ее «жена российского миллиардера»), однако уроженка Житомира уже носит фамилию Кесаева и привыкает к роли жены олигарха. На первом уровне башни «Меркурий Сити Тауэр» в «Москва-Сити», принадлежащей Кесаеву, расположился ресторан новой супруги олигарха, а на его канале World Fashion Ольга строит карьеру кулинарной телеведущей. Забавно, что на 4 этаже «Меркурия» развивает свой фонд Stella Art Foundation любительница современного искусства Стелла. #эксклюзив #модель #бизнес Как вам пара?

Публикация от SUPER (@super.ru)

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri