11 
İyl
2019
11:05
24
55
937
Virtual karabakh

“CinemaPlus”da “Anonim qatillər klubu” filminin nümayişi - VİDEO

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Cinemazadeh” studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə “Anonim qatillər klubu” savaş filminin öz dilimizdə nümayişi keçirilir.

Filmi səsləndiriblər: Ofeliya Novruzqızı, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Azər Aydəmir, Vusal Həci-Qədir, Gülnarə Zülalova, Allahverdi Yolçiyev, Samir Ələskərov, Vüqar Hüseynov, Ellada Hüseynova və Azər Quliyev.

Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru: Martin Ouen.

Rollarda: Hari Oldman, Cessika Alba, Syuki Voterhaus və s.

Film haqqında qısa məlumat: Şəhərin muzdlu qatilləri gizli məkanda - anonim qatillər klubunda görüşürlər ki, burada öz vəhşi istəklərini dəf etməyi öyrənsinlər. ABŞ senatoru qətlə yetirilən gecə, kluba yığışan muzdlu qatillərin arasında anlaşılmazlıq baş verir, hamı bir-birindən şübhələnməyə başlayır. Sonda isə məlum olur ki, əslində onların hamısı təsəvvür etmədikləri və çox təhlükəli bir oyunun qurbanına çevriliblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri