12 
İyl
2019
10:12
82
56
3917
Virtual karabakh

Tupakın Madonnaya yazdığı məktub hərracda - 100 min dollar

12 İyl, 2019
10:12
3917

Tupakın Madonnaya yazdığı məktub hərracda - 100 min dollar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum reper Tupak Şakurun müğənni Madonnaya yazdığı məktub hərraca çıxarılıb.

Gotta Have Rock and Roll” internet hərracında yayılan məlumata görə, məktub alıcılara 100 min dollara təklif olunur.

T.Şakur sözügedən məktubu Madonnaya 1995-ci il yanvarın 15-də, həbsxanada olarkən yazıb.

Reperin Madonnaya məktubu üç səhifədən ibarətdir. Məktubun sonunda “Həmişəlik, 2PAC, Tupak Şakur” imzasını atıb.

Mətndə “Rasizmin yaratdığı nifaq qaradərili kişinin ağdərili qadına bağlılığını lazımi səviyyədə göstərməyə çətinlik yaradır”, - deyə qeyd edilib.

Xatırladaq ki, T.Şakur 1996-cı il sentyabrın 13-də ABŞ-ın Las-Veqas şəhərində silahlı hücuma məruz qalıb. O, xəstəxanada altı gün qaldıqdan sonra ölüb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri