14 
İyl
2019
19:53
48
306
14246
Virtual karabakh

Məşhur aparıcı yük maşınına çırpılıb öldü - FOTO/VİDEO

14 İyl, 2019
19:53
14246

Məşhur aparıcı yük maşınına çırpılıb öldü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrin ulduzu, İngiltərənin tanınmış aparıcısı 35 yaşlı Emili Hartric yol qəzası nəticəsində ölüb.

TheSun” xəbər verir ki, hadisə Londonun cənub hissəsində, aparıcının evinin bir kilometrliyində qeydə alınıb.

Emili elektroskuterdə hərəkət edərkən yük maşınına çırpılaraq dünyasını dəyişib.

Qeyd edək ki, E.Hartric sağlam həyat tərzi barədə verdiyi məsləhətlərlə “Instagram” və “Youtube”da şöhrət qazanmışdı.

Məlumatı yayan mətbuat orqanı onu da elavə edib ki E.Hartric Amanda Seyfrid, Hyu Cekman və Eddi Redmeyn kimi tanınmışların şəxsi məşqçisi kimi fəaliyyət göstərib. 

Hazırda polis baş vermiş qəzanın insanlar tərəfindən lentə alınmış kadrları, eləcə də videoregistratorun qeydə aldığı görüntüləri araşdırmağa başlayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri