18 
İyl
2019
22:20
126
231
12517
Virtual karabakh

Cennifer Lopez və Kardi Binin striptiz rəqsi - VİDEO

18 İyl, 2019
22:20
12517

Cennifer Lopez və Kardi Binin striptiz rəqsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hustlers” (“İş görənlər”) adlı filmin ilk treyleri yayımlanıb.

Oxu.Az xəbər verir ki, ekran əsərində striptizlə məşğul olan fırıldaqçı və dələduz qadınlardan bəhs edilir.

Filmdə rolları dünya şöhrətli məşhur müğənnilər, pop-diva Cennifer Lopez, repçi Kardi Bi və Konstans Vu ifa ediblər.

Ekran əsərinin süjet xəttinin əsasını striptiz klubun keçmiş rəqqasələrinin bir araya gəlib, birlikdə Uol-Stritdən olan varlı və imkanlı müştərilərinin pullarını ələ keçirmək istəkləri təşkil edir.

“Hustlers” repçi Kardi Binin aktrisa kimi ilk təcrübəsidir. Lakin rəqqasəlik onun üçün yenilik deyil. Çünki o, müğənnilik karyerasına başlamamışdan qabaq rəqqasəliklə məşğul olub.

Ekran əsərinin dünya üzrə premyerası sentyabrın 13-də olacaqsa, Rusiyada bir gün əvvəl, yəni sentyabrın 12-də nümayişə çıxacaq.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri