19 
İyl
2019
01:36
219
65
11013
Virtual karabakh

Messi ailəsi nağıllar aləmində - FOTO

“Barselona”nın super ulduzu Lionel Messi yay tətilini həyat yoldaşı Antonella Rakutso ilə birlikdə Karib dənizi sahillərində keçirir.

Oxu.Az xəbər verir ki, cütlük paparatsiləri də kölgədə qoyaraq, istirahətdən olan ən maraqlı və əyləncəli anları şəxsi “İnstagram” hesablarından paylaşıblar.

Şən, qayğıkeş və mehriban ailə tablosundə cütlüyün uşaqları 6 yaşlı Tyaqo, 3 yaşlı Mateo və 1 yaş 5 aylıq Kira da yer alıb.

Məşhur cütlük bahalı və lüks hotellərin birində istirahətin dadını çıxarır. Onların qaldıqları hotel Karib dənizində yerləşən kiçik Antika və Barbuda adasından bir neçə kilometr uzaqlıqda yerləşir.

Hoteldə 51 villa mövcuddur ki, onların ən ucuzunun bir gecəlik qiyməti 1895, 8 nəfərin qala biləcəyi ən böyük villa isə 7200 dollardır.

Qeyd edək ki, cütlüyün tanışlığı Leo ilə Antonellanın lap balaca - 9 və 8 yaşlarına təsadüf edir. Onların dostluğu Leo 13 yaşında Barselonaya köçənə qədər davam edib.

2010-cu ildə Antonella gələcək həyat yoldaşının arxasınca İspaniyaya köçüb.

2017-ci ilin yayında isə onlar görkəmli mərasimlə həyatlarını birləşdirdilər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri