19 
İyl
2019
22:49
68
186
10118
Virtual karabakh

Şeyk və Limadan birgə ehtiraslı görüntülər - FOTO

19 İyl, 2019
22:49
10118

Şeyk və Limadan birgə ehtiraslı görüntülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli modellər İrina Şeyk və Adriana Lima məşhur “Vogue” dərgisinin avqust nəşrinin üz qabığında ehtiraslı obrazda görüntüləniblər.

Dərgi “Əfsanənin dəbi: keçmiş, indi və gələcək” devizi ilə nəşr olunub.

Oxu.Az xəbər verir ki, ehtiraslı qadın və BDSM obrazını canlandıran iki məşhur modelin birgə fotoları şou gündəmini alt-üst edib.

33 yaşlı Şeyk və 38 yaşlı Lima retro tərzdə italyan və isveç fotoqrafların kamerası önünə keçərək seksual və cəsarətli pozlar sərgiləyiblər.

Redaktorlar vurğulayıblar ki, ağlı-qaralı, eləcə də parlaq və rəngli fotolarda Adriana ilə İrina ehtiraslı obrazları ilə kamera önündə əsl sənət nümayiş etdiriblər.

“Onların bu obrazı 70-ci, 80-ci illərin amazonlusunu xatırladır. Fotosessiya Los-Ancelesdə lentə alınıb. İrina 6-cı, Adriana isə 3-cü dəfədir ki, “Vogue İspaniya”nın üz qabığına çəkiliblər.

Nəşrin budəfəki nömrəsinin konsepti qlobal moda sənayesinin əfsanələridir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri