Avq
2019
21:45
103
60
5305
Virtual karabakh

Sobçak şairə ərə gedir

2 Avq, 2019
21:45
5305

Sobçak şairə ərə gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva şəhərinin sabiq meri Anatoli Sobçakın qızı, məşhur ulduz Kseniya Sobçak ərə gedir.

Oxu.Az "Telegram"-dakı Dark Cosmo xəbər səhifəsinə  istinadən xəbər verir ki, 37 yaşlı Kseniya gələn ay 44 yaşlı teatr rejissoru və şair Konstantin Boqomolovla nikaha girəcək.

Cütlüyün sevgi münasibətlərinin nə zamandan başlaması barədə məlumat verilmir. Bircə o məlumdur ki, toy sentyabrın 13-ü, cümə günündə olacaq.

Xatırladaq ki, bundan əvvəl, mart ayında Kseniya Sobçak və aktyor Maksim Vitorqan ayrılıq xəbərlərini "Instagram" səhifələrində paylaşmışdılar. 

Vitorqanla ayrılandan bir həftə sonra Rusiyanın NTV kanalında yayımlanan "Секрет на миллион" proqramında Kseniya Maksimlə dostluq münasibətləri saxladığını, oğlu və anası ilə birgə yaşamaq üçün yeni bir ev tikdiyini etiraf edib. Maksimdən ayrılan Sobçak daha sonra görüşdüyü rejissor Konstantin Boqomolovla aralarında yaşanan sevgi münasibətlərini hamıdan gizlədib. Bununla belə, bir müddət sonra media Kseniya ilə Konstantini tez-tez müxtəlif tədbirlərdə və "Instagram" hesablarında birgə görməyə başlayıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri