19 
Avq
2019
23:45
74
35
4438
Virtual karabakh

"Sualtı"nın ilk treyleri yayımlandı - FOTO/VİDEO

19 Avq, 2019
23:45
4438

"Sualtı"nın ilk treyleri yayımlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"20 Century Fox" tamaşaçıları yenidən ekran qarşısına yığacaq.

Oxu.Az xəbər verir ki, "Sualtı" yeni filminin ilk treyleri yayımlayıb.

Ekran işində Hollivudun ən məşhur simaları, Kristen Stüart və Vinsent Kassel kimi parlaq aktyorlar çəkilib.

Villiam Eubankın rejissoru olduğu filmdə hadisələr dənizin dərinliklərində cərayan edir.

13 kilometr dərinliyə enən alimlərdən ibarət qrup, orada zəlzələ ilə üzləşirlər. Ancaq bu, tədqiqat stansiyasında qəhrəmanların qarşılaşdığı ən pis hadisə olmur.

Belə ki, orada filmin qəhrəmanları nəhəng bədheybətlə qarşılaşaraq, onunla mübarizə aparırlar. Filmin treyleri yayılan kimi sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Kristen Stüart çəkildiyi filmi “Entertainment Weekly”yə verdiyi müsahibədə bu cür şərh edib: "Mən heç vaxt bu böyüklükdə, uzun və lənətlənmiş, sərt filmdə oynamamışam. Belə vəziyyətdə hər birimizin necə davranacağını görmək istərdim. Filmdə onlar ən yaxşı və pis keyfiyyətlərini ortalığa çıxarıblar. Aktyorlar çox ağır libaslar geyinməli oldular. Hərəkət etməkdə çox çətinlik çəkdik. Hərəkətlərdə təmkinli olmağı sevmirəm, məhdud məkana nifrət edirəm, əlavə olaraq üzməyi də bacarmıram. Düşünürəm ki, aktyorlardan heç biri, Vinsent Kassel istisna olmaqla, bu filmə dəvət alanda hansı ağır yükün altına girdiyini, heç ağlının ucundan belə keçirməyib".

Villiam Eubankın trillerinin Rusiyada böyük ekrana 9 yanvar 2020-ci ildə çıxacağı gözlənilir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri