Sen
2019
20:15
199
107
13364
Virtual karabakh

Şəbnəm Tovuzlu: Bizi aldatdılar

1 Sen, 2019
20:15
13364

Şəbnəm Tovuzlu: Bizi aldatdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 31-də Nabranda yerləşən istirahət mərkəzlərinin birində Şəbnəm Tovuzlunun konsert proqramının keçirilməsi planlaşdırılırdı. Şəbnəm ilə səhnəni dj Roşka və Ramil Nabran da bölüşəcəkdi. Lakin ötən gecə şou proqramda dj Roşka və Şəbnəm Tovuzlu gözə dəyməyib. 

Məlum olub ki, hətta Bakıdan Nabrana yollanan tamaşaçıların bəziləri öz pullarını geri istəyir. 

Yaşanan qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı müğənni Şəbnəm Tovuzlu və Dj Roşka ilə əlaqə saxlayıb. Sənətçi Şəbnəm Tovuzlu xoşaqəlməz faktı təsdiqləyib və təşkilatçılar tərəfindən aldadığını söyləyib:

"Asif adlı təşkilatçı behimizi verib, başımızı aldadıb, bizi Nabrana qədər apardı. Şərtim öncədən bu idi ki, pulumu tam alandan sonra səhnəyə çıxacam. Razılaşmışdıq. Qonorarmı vermədilər, mən də oxumadım. Sonradan Asiflə istirahət mərkəzinin adminstratoru aralarında nə danışdılar, nə düz-qoş etdilər, anlamadım. Hiss elədim ki, bunlar məni saatlarla səhnədə oxutdurub, pulumu vermək istəmirlər. Dedilər, pul düzəlmir. Mən də səhnəyə çıxmadım və onlara dedim ki, ayıb olsun, sizə görə mən 2 toydan, ruzi-bərəkətimdən imtina etdim, konsertə razılaşdım, Nabrana qədər gəldim, bəs nə oldu. Mənə görə bilet alıb gələnlərdən üzr istəyirəm, amma bu cür fırıldaqçıların təşkil etdiyi konsertdə çıxış edə bilməzdim”.

Ş.Tovuzlu kimi aldadığını iddia edən Dj Roshka isə məsələ ilə bağlı bunları dilə gətirdi:

"Əfsuslar olsun ki, biz aldadıldıq. Mən də konsertdə iştirakdan imtina etdim. Buna səbəb isə təşkilatçının  qonorar vədini tutmaması oldu".

Konsertin təşkilatçılarından biri olan Asif Hüseynov isə baş vermiş olayda qonorar söhbətinin olmadığını, Ş.Tovuzludan fərqli olaraq Dj Roşka ilə Ramil Nabranın şouda çıxış etdiyini bildirdi:

"Konsertin vaxtı yubandı. Səbəb isə gecəyə gələn tamaşaçıların gecikməsiydi. Tədbir saat 10-da başladı. Gecədə Dj Roşka və Ramil Nabran çıxış etdilər. Onlara söz verdiyimiz qonorar da ödənildi. O ki qaldı Şəbnəm xanımın narazıçılığına, bu, haqlı narazıçılıq deyil. O sadəcə elə vaxt səhnəyə çıxmaq istədi ki, bu zaman səhnə həmkarlarının idi. Yerdəyişmə mümkün deyildi. Elə bu vaxtda qonorarlar hesablanırdı.  Şəbnəm xanıma dedik ki, 20 dəqiqə gözləyin, biletləri hesablayıb, sizin qonorarınızı ödəyək. O da "gözləmirəm" deyib məkanı tərk etdi. 20 dəqiqə səbr etsəydi, pulunu alacaqdı. Biz Şəbnəm xanımın behini də vermişdik. Sadəcə 2 yerdə bilet satışı olduğundan, bilet pullarını hesablamalıydıq. Bu məsələni belə şişirtməyə gərək yoxdur”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri