Sen
2019
08:49
146
39
8021
Virtual karabakh

Monika Belluççi keçmiş əri ilə bir arada - FOTO

2 Sen, 2019
08:49
8021

Monika Belluççi keçmiş əri ilə bir arada - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vensan Kassel və Monika Belluççi Venesiya kinofestivalında bir yerdə görünüblər.

Oxu.Az xəbər verir ki, aktyorlar 2002-ci ildə baş rolları ifa etdikləri "Dönməzlik" (Irréversible) filminin yeni rejissor versiyasının təqdimat mərasimində iştirak ediblər.

14 il bir yerdə yaşamış cütlük 2013-cü ildə ayrılmasına baxmayaraq, dostluq münasibətlərini qoruyub saxlaya biliblər.

Venesiyada 52 yaşlı Vensan Kassel və 54 yaşlı Monika Belluççi rejissor Qaspar Noenin müşayiətində kameralar qarşısına çıxıblar. Keçmiş sevgililər bir-birinə gülümsəsələr də, soyuqqanlı davranıblar.

Yeni həyat yoldaşı Tina Kunaki və dörd aylıq qızı Amazoni ilə İtaliyaya gələn Kassel filmin təqdimatında qara geyimdə olub. Belluççi isə bu əlamətdar gündə "Dolce&Gabbana"dan al-qırmızı don seçib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri