Sen
2019
22:00
56
366
15430
Virtual karabakh

"The Best of Azerbaijan" aranı qatdı: Sadəcə görüntü üçün taxılıb - FOTO

2 Sen, 2019
22:00
15430

"The Best of Azerbaijan" aranı qatdı: Sadəcə görüntü üçün taxılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə başında tac, üzərində "The Best of Azerbaijan" yazısı olan bir xanımın fotosu müzakirələrə səbəb olub.

Sosial media əhli "gözəllikdən əsər-əlaməti yoxdur, best model seçilir" kimi rəylərlə həmin xanımı tənqid atəşinə tutublar.

Həmin model isə ötən gün "E Media Group" tərəfindən keçirilən mükafatlandırma gecəsində səhnədə olub.

Qalmaqallı məsələni araşdırmaq üçün Oxu.Az-ın əməkdaşı "E Media Group"un rəhbəri Elşən Əliyevlə əlaqə saxlayıb.

O, açıqlamasında heç bir gözəllik müsabiqəsi keçirmədiyini bildirib və Aygün Babayeva adlı model xanımın üzərində daşıdığı "The Best of Azerbaijan" yazısını bu cür şərh edib:

"E Media Group" heç vaxt model yarışması keçirməyib və heç bir modelə belə mükafat vermir. O gecədə isə, sadəcə həmin xanım və bir bəy "Ən yaxşılar" nominasiyasına layiq görülən ölkəmizin öndə gedən şəxslərinə mükafatları təqdim ediblər.

Xanım mükafatı, Fərrux Rəcəbov adlı bəy isə hədiyyələri təqdim edirdi. Xanımın başında tac, üzərində yazılan "The Best of Azerbaijan" lenti isə sadəcə gözəl görüntü üçün taxılıb. Bu, sadəcə yazılı lentdir. Həmin xanıma biz nə mükafat vermişik, nə də onu hər hansısa bir diplomla təltif etmişik".

Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə predmetinə çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin saxta olduğuna dəfələrlə etirazlarını bildiriblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri