Sen
2019
08:26
47
268
3250
Virtual karabakh

Emin, Nüşa, Valeriya, Filipp Kirkorov və digərləri “Jara” filminin təqdimatında – FOTO

3 Sen, 2019
08:26
3250

Emin, Nüşa, Valeriya, Filipp Kirkorov və digərləri “Jara” filminin təqdimatında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Moskvada “Jara” komediyasının premyerası keçirilib.

Tədbirə Nüşa, Valeriya, Filipp Kirkorov, Yuliya Baranovskaya, Anna Çipovskaya, Emin Ağalarov və digər ulduzlar qatılıblar.

Filmdə hadisələr Bakıda keçirilən “Jara” Beynəlxalq musiqi festivalı ətrafında cərəyan edir.  

Filmin baş qəhrəmanı gənc və istedadlı qızdır: o Azərbaycana festivalda iştirak etmək üçün yollanır. Bakıda müğənnini bir çox sərgüzəştlər gözləyir və sonda onun arzuları gerçəkləşir.

Komediyada Diana Pojarskaya, Qriqori Leps, Ani Lorak, Valeriya, Nikolay Baskov, Timati və digər ulduzlar çəkilib. Filmin baş prodüsseri Emin Ağalarovdu.

Film yaxın zamanda kinoteatrlarda nümayiş etdiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri