Sen
2019
02:06
95
35
2467
Virtual karabakh

Uitni Hyustonun lazer təsviri gələn il konsert verəcək

4 Sen, 2019
02:06
2467

Uitni Hyustonun lazer təsviri gələn il konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Uitni Hyustonun lazerlə yaradılan təsviri Böyük Britaniyadakı qastrol turu çərçivəsində çıxış edəcək. 

Rus saytları "The Independent" nəşrinə istinadən xəbər verir ki, təsvirin yaradılması ilə müğənninin müəllif hüquqlarını almış "Primary Wave" şirkəti məşğul olur. 

Şirkətin marketinq məsələləri üzrə baş vitse-prezidenti deyib: "Tur qeyri-adi bir tamaşaya çevriləcək. Biz şounun mümkün qədər gerçəkliyə yaxın olmasına çalışmışıq".

Qeyd edək ki, "Primary Wave" eyni zamanda Roy Orbison və Emi Uaynhausun da holoqramlarının hazırlanması üzərində çalışır.

Xatırladaq ki, U.Hyuston 2012-ci ildə, 48 yaşında dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri