Sen
2019
17:24
109
179
11245
Virtual karabakh

50 yaşlı Cennifer Lopezin ideal bədən quruluşunun sirri - FOTO

4 Sen, 2019
17:24
11245

50 yaşlı Cennifer Lopezin ideal bədən quruluşunun sirri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhərə qədər yaxtada gəzinti və rəqslər - Cennifer Lopez və Aleks Rodrigez San-Tropedə istirahətlərini davam edirlər.

Oxu.Az xəbər verir ki, anşlaqlı, ajiotajlı, böyük konsert turunu bitirib, bu yaxınlarda premyerası olacaq "Striptiz" filmində canlandırdığı dəlisov və soyuqqanlı obrazla əks cinsin nümayəndələrinin ağlını başından alan 50 yaşlı dünya şöhrətli pop ulduz C.Lopez sevgilisi ilə tətilə gedib.

O, 44 yaşlı nişanlısı A.Rodrigezlə San Trope sahillərində yaxtada istirahətdən həzz alır. Tətildən görüntüləri lentə alan ulduz şəxsi "Instagram" hesabında yayımlamağı da unutmur. Məşhurun fotolarına gələn rəylərin əksəriyyəti C.Lopezin görüntüsü ilə bağlıdır. Onlar ulduzun 50 yaşında olsa da, belə cavan və ideal bədən quruluşuna malik olduğunu xüsusi vurğulayıblar.

C.Lopez bədənini ideal vəziyyətdə saxlamaq üçün çox idman etməli olduğunu isə heç kimdən gizlətmir. O, tətildə belə məşq etməyi unutmur. C.Lopez və A.Rodrigez istirahət etdikləri yaxtada, həmçinin Günəş vannası qəbul edir və məşq edirlər.

Axşam saatlarında isə CeyLo və Aleks dostları ilə birlikdə yerli restoranlara və barlara gedir, səhərə qədər rəqs meydançasında əylənirlər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri