Sen
2019
13:14
216
195
7361
Virtual karabakh

"Jara" filminin qala gecəsi keçirildi - FOTO

6 Sen, 2019
13:14
7361

"Jara" filminin qala gecəsi keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən axşam Heydər Əliyev Mərkəzində "Jara" komediya filminin premyerası keçirilib. Qala gecədə Azərbaycan və Rusiyanın məşhurları, incəsənət nümayəndələri iştirak ediblər.

Oxu.Az xəbər verir ki, ekran əsərinin baş prodüseri Emin Ağalarov, ideya müəllifi və prodüseri Teymur Cəfərov, ssenari müəllifi və yaradıcı direktor Fuad İbrahimbəyov səhnəyə çıxaraq filmlə bağlı təəssüratlarını bölüşüblər.

Emin ekran əsərində rekord sayda məşhur ulduzun iştirak etdiyini diqqətə çatdırıb.

"Filmin ideyası çoxdan var idi. İstənilən musiqi festivalı miqyaslı bir hadisədir. Belə festivallara yüzlərlə artist gəlir və onların səhnəarxası həyatı hər zaman qaynayır. Bu barədə təkcə aktyorların deyil, həm də real ulduzların iştirakı ilə bədii-romantik film çəkmək qərarına gəldik. Ekran işində rekord sayda məşhur ulduz çəkilib.

Dostlarla hər hansı bir iş görəndə bir-birimizin qarşısında böyük məsuliyyət daşıyırıq. Çünki bir işdə kiminsə ayağı büdrəsə, bu, dərhal hər kəsə təsir edəcək. Ümid edirəm ki, heç kim belə şeylərlə üz-üzə gəlmədi. Biz uğur qazanacağımıza güman edirik. Bütün bunlara isə yalnız əziz və dəyərli tamaşaçılar qiymət verəcək".

Çəkilişlərdə Emin Ağalarov, Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid, Nail Abdrəhmanov, Məhəmməd Murtuzəliyev, Fuad Osmanov, Günəş Mehtizadə, Emil Abbasov, Cavanşir Xadıyev, Yaroslav Trifonov, Yuliya Heydərova və başqaları iştirak ediblər.

Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları olan təyyarədə başlayır. Onlar Bakıda keçirilən "Jara" festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "Jara" festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

D.Pojarskaya “Otel Eleon” serialında, eləcə də Emin Ağalarovun "İnanılmaz" və "Wicked Game" mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı maraqlı macəralar gözləyir.

Qeyd edək ki, "Jara" filmi sentyabrın 5-dən etibarən ölkənin tanınmış kinoteatrlarında nümayiş olunacaq.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri