Sen
2019
17:05
68
162
12169
Virtual karabakh

Brilliant Dadaşova bağ evini satıb? - "Xərci çoxdur"

6 Sen, 2019
17:05
12169

Brilliant Dadaşova bağ evini satıb? - "Xərci çoxdur"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti Brilliant Dadaşovanın yeni bağ evi alması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı B.Dadaşova ilə əlaqə saxlayıb.

Xalq artisti yeni bağ evi alması xəbərini təsdiqləməsə də, öz bağını satışa çıxardığını bildirib:

"Yeni bağ evi almamışam, sadəcə dəyişdirmişəm. Buzovnada yerləşən bağ evimi isə satışa çıxarmışam. Mənə yaxşılıq etmək istəyirsənsə, kömək elə, onu satım (gülür). Qoy satdığımı hamı bilsin, gəlib bağı yaxşı qiymətə alsınlar. Satılandan sonra isə yenisini alacağam. Mən istər yayda, istərsə də qışda bağda qalmağı çox sevirəm. Amma təəssüf ki, burada qışda qalmağa imkan və şərait yoxdur. Çünki qışda qalsam, astarı üzündən baha çıxacaq. O qədər maddi vəsait ayırmaq da istəmirəm. Bir sözlə, xərci çoxdur".

B.Dadaşovanın Buzovnadakı bağ evini hansı qiymətə satmasına gəlincə, Xalq artisti zarafata salıb, suala cavabdan yayınıb:

"Almaq istəsən, zəng edərsən, qiyməti deyərəm".

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri