10 
Sen
2019
13:30
130
27
3695
Virtual karabakh

Timatinin "dislike" "rekord"u qıran klipi "Youtube"dan silindi

10 Sen, 2019
13:30
3695

Timatinin "dislike" "rekord"u qıran klipi "Youtube"dan silindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur repçisi Timati həmkarı Guf ilə birlikdə lentə aldığı klipini gözlənilmədən "Youtube" videoplatformasından silib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdəki mənfi rəyləri görən sənətçi bu addımı atmaq qərarına gəlib.

Belə ki, ekran işinin premyerası 7 sentyabr Şəhər Günündə baş tutub. 

"Mitinqlərə getmirəm" və "Sobyaninin sağlamlığı üçün burgeri yemirəm" sətirlərinə görə sənətçilər məkrli olmaqda ittiham olunublar. 

İki gün ərzində klip bir milyondan çox dislike toplayıb. Bu, Rusiya üzrə "YouTube"da rekord göstərici sayılıb.

Guf isə öz növbəsində mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını bildirib. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri