12 
Sen
2019
10:35
125
39
3165
Virtual karabakh

“Sultan Süleyman” aparıcılıq edəcək

Türkiyədə geniş tamaşaçı auditoriyası olan “Kim milyoner olmak ister?” intellektual şousunun aparıcısı dəyişib.

Oxu.Az xəbər verir ki, bundan sonra yarışmanı tanınmış aktyor Halit Ergenç aparacaq.

Bir müddət istirahət etmək istəyən aktyor serialda çəkilmək istəmir.

Qeyd edək ki, yarışmanın aparıcısı Murad Yıldırım yenidən aktyor kimi fəaliyyətini davam etdirəcək. Aktyorun artıq “Ramo” adlı serialda baş rolda oynacağı da dəqiqləşib.

Halit Ergenç “Aliyə” teleserialında Sinan, “Min Bir Gecə”də Onur, “Möhtəşəm Yüzil”də Sultan Süleyman və “Vətənim Sənsən” tarixi teleserialında Cövdət obrazları ilə Azərbaycan tamaşaçısına tanışdır. 

Sevinc Yasinqızı  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri