18 
Sen
2019
01:29
98
21
3787
Virtual karabakh

Bred Pit kosmonavtla görüntülü danışdı - FOTO

18 Sen, 2019
01:29
3787

Bred Pit kosmonavtla görüntülü danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aktyor Bred Pit NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə görüntülü danışaraq suallarına cavab alıb

Kosmonavt isə aktyorun oradakı missiyası ilə bağlı suallarına havada fırlanaraq cavab verib.  

Heyq ailədən uzaq olmağın çətin olduğunu qeyd edib: “Amma ən böyük şansım olduğum yerin dünyaya yaxın olmasıdır. Bu səbəbdən telefonla danışmaq və hər həftə sonu uşaqlarımla görüntülü söhbətləşmək imkanım olur”.

Kosmonavt daha sonra orada necə yaşadıqlarından danışıb, missiyaları haqqında aktyora ətraflı məlumat verib, kosmosda gəzməyin və dünya ilə birlikdə fırlanmağın qeyri-adi hiss olduğunu bildirib. 

Yaxın zamanda nümayiş olunacaq kosmosla bağlı “Ulduzlara doğru” adlı filmə baxan Heyq aktyorun işini bəyəndiyini qeyd edib.  

Qeyd edək ki, Bred Pit Ceyms Qreyin rejissoru olduğu “Ulduzlara doğru” filmində kosmonavt rolunu canlandırıb. Filmdə həmçinin Tommi Li Cons, Ruth Neqqa, Liv Tayler və Donald Sazerlend kimi aktyorlar da çəkilib.

Sevinc Yasinqızı  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri