21 
Sen
2019
12:44
31
211
19920
Virtual karabakh

Aktrisa yataq təcrübələrinin son evliliyini necə məhv etdiyindən danışdı

21 Sen, 2019
12:44
19920

Aktrisa yataq təcrübələrinin son evliliyini necə məhv etdiyindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa Demi Mur aktyor Aşton Kutçerlə yataq təcrübələrinin evliliyini necə pozduğunu izah edən “İnside Out” adlı avtobioqrafik kitab nəşr etdirib.

Bu barədə “RadarOnline” xəbər verir.

Aktrisa ərinin iki dəfə üçlü şəkildə cinsi əlaqəyə girməyi təklif etdiyini bildirib. O, özündən 15 yaş kiçik ərini məmnun etmək üçün buna razı olub.

“Mən ona necə zarafatcıl və əyləncəli ola biləcəyimi göstərmək istədim”, - deyə 56 yaşlı Mur bildirib. O, bu qərarın səhv olduğunu etiraf edib. 

2010-cu ildə o, film çəkilişində olduğu vaxt bir jurnaldan Kutçerin onu evlərində 21 yaşlı gənc qızla aldatdığını oxuyub. Murun dediyinə görə, o, sevgilisi ilə qızını boulinqə apararkən tanış olub.

Aktrisa baş verənlərə görə həyat yoldaşının günahkar olmadığını qeyd edib. O həyat yoldaşına üçüncü şəxsi münasibətlərinə dəvət etməyə icazə verməklə sərhədləri aşdığını bildirib.

Aşton 2011-ci ildə yenidən ona xəyanət edib. Demi Mur bu zaman artıq ondan boşanmaq qərarına gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri