21 
Sen
2019
11:50
24
490
7164
Virtual karabakh

Özcan Dəniz xəstə bacısından imtina etdi

21 Sen, 2019
11:50
7164

Özcan Dəniz xəstə bacısından imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar xəstə bacısına maddi yardım etməməkdə günahlandırılan Özcan Dəniz bacısından imtina edib.

Aparıcı Tayyar İşıksaçana açıqlama verən müğənni elə bir bacısının olmadığını bildirib:

“Haqqımda belə xəbələrin çıxması məni məyus edir. İlk videonu izləyəndə şok oldum. Mətbuatda xəbərlər çıxdıqdan sonra ögey bacım olduğunu öyrəndim. Məsələni dərhal araşdırmağa başladım.

Məlum oldu ki, həmin şəxs atamın üstündə qeydiyyatda deyil. Ona görə də mənim elə bir bacım yoxdur. Onun mənim bacım olduğunu yalnız atam deyə bilər.  Amma atam da həyatda deyil. Bacım olmamasına baxmayaraq, kömək istəyən şəxslə bağlı qardaşım Ercana tapşırıq vermişəm”.

Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən 22 yaşlı Gülcan Dəniz qardaşı olduğunu iddia etdiyi Özcan Dənizin onlara kömək etmədiyini bildirib.

Gülcan Dəniz özü ilə yanaşı, anasının da vəziyyətinin ağır olduğunu qeyd edib.

Atasının ölmündən sonra məşhur müğənni onlardan imtina edib.

Gülcan Dəniz “Günlərdir anamla birlikdə xəstəxanadayıq. Amma qardaşım heç bir kömək etmir. Xəstə olduğum üçün məktəbə gedə bilmirəm. Köməyə ehtiyacım olsa da, qardaşımdan heç bir xəbər yoxdur”, - deyə qeyd edib.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri