Okt
2019
09:00
30
58
1311
Virtual karabakh

“Əlvida Şmidt!” “CinemaPlus”da - VİDEO

Sentyabrın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Əlvida Şmidt!” filminin nümayişinə başlanılıb.

Azərbaycan istehsalı olan “Əlvida, Şmidt!” tragikomediyasının rejissoru Əli-Səttar Quliyevdir. Baş rollarda Azər Aydəmir, Rasim Cəfər və Mariam Kitia çəkiliblər. 70 dəqiqəlik filmdə yaş həddi “12+”dur.

Film haqqında qısa məlumat: Filmin qəhrəmanı - Emil Schmidt, düşüncələrində və istəklərində özünü çaşdıran sadə oğlandı. Həyatın ona bəxş etdiyi gözəllikləri görməyəcək qədər saf, başqa maraqlara can atacaq qədər çılğındır. Azərbaycanda doğulub böyüyən bir etnik almanın heyrətamiz hekayəsi bizi kədərləndirəcək, güldürəcək, narahat edəcək, yaşayacaqlarını yaşatdıracaq. Vətənimizin möhtəşəm mənzərələri , rəngarəng personajları, duzlu yumoru ilə bu müasir milli yol əhvalatı – tamaşaçının gözlədiyi həmin o filmdir ki, sizlərə “Əlvida Schmidt - salam Azərbaycan kinosu!” deyəcək!

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri