Okt
2019
21:13
11
59
1143
Virtual karabakh

“CinemaPlus”da “Əjdahanın möhürünün sirləri” filminin nümayişinə başlanıldı - VİDEO

Sentyabrın 26-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Əjdahanın möhürünün sirləri” filminin nümayişinə başlanılıb. 

Rusiya və Çin istehsalı olan “Əjdahanın möhürünün sirləri” macəra filminin rejissoru Oleq Stepçenkodur. Baş rollarda Ceyson Fleming, Arnold Şvartsnegger və Ceki Çan çəkiliblər. 120 dəqiqəlik filmdə yaş həddi “6+”dur.

Film haqqında qısa məlumat: İngiltərəli səyahətçi Conatan Qrin Birinci Pyotrdan Rusiyanın Uzaq Şərqinin xəritəsinin hazırlanması sifarişini alır. Onu yenidən macəra dolu uzaq yol gözləyir.

Xəritəçi saysız-hesabsız açılışlar, qəribə heyvanlar, Çin şahzadəsi, ölümcül döyüş növlərinin ustaları və bütün əjdahaların Çarı Lun-Vanın özü ilə qarşılaşacaq.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri