Okt
2019
23:17
19
217
7094
Virtual karabakh

Roza Zərgərlinin udduğu avtomobil kimə veriləcək? – Murad Dadaşovdan açıqlama

Müğənni Roza Zərgərlinin avtomobil məsələsi indiyə kimi müzakirə predmetidir. Mən bu məsələ ilə bağlı olduqca mühüm və vacib məlumat vermək istəyirəm. Hələ də Rozanın qazandığı avtomobil heç kimə verilməyib.

Oxu.Az xəbər verir ki, bu sözləri “Maşın” şounun aparıcısı, Xalq artisti Murad Dadaşov canlı efirdə səsləndirib.

O bildirib ki, yaxın günlərdə avtomobil yeni sahibini tapacaq:

“Şərt ondan ibarət idi ki, bir il ərzində bu avtomobil toxunulmaz statusu daşıyırdı. Bu vaxt artıq bitdi. Burada bir anons vermək istəyirəm. Məsələnin həlli yolunu tapmışıq. Rozanın iştirakı ilə maraqlı bir addım atacağıq. Odur ki “Maşın”ı izləməkdə davam edin”.

Qeyd edək ki, “Maşın” şounun “Xanımlar və cənablar 2” sürətinin qalibi müğənni Roza Zərgərli olub. O, avtomobili udsa da, şounun sonunda maşının açarlarını geri qaytarıb və uduşundan imtina edib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri