Okt
2019
17:35
82
473
5905
Virtual karabakh

Emin Ağalarov: “Jara-2020” beş gün davam edəcək

5 Okt, 2019
17:35
5905

Emin Ağalarov: “Jara-2020” beş gün davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalı ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb. 

Oxu.Az xəbər verir ki, 5-ci il Bakıda düzənlənəcək möhtəşəm festivala xalq artisti xüsusi olaraq hazırlaşır. Emin festivalın ənənəsini pozaraq, dörd gün deyil, gələn il beş gün keçirəcəyini dilə gətirib. 

“Jara” musiqi festivalı 29 iyuldan 2 avqust tarixlərində keçiriləcək. Festivalın ilk gününü möhtəşəm konsert proqramı ilə açacağıq. İkinci gün isə Filipp Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. Orada meqa-ulduzlar çıxış edəcəklər. Festivalın üçüncü günü 90-cı illərin hitləri səslənəcək. Bununla yanaşı Dima Malikovun yaradıcılıq gecəsi olacaq. Avqustun 1-də beynəlxalq musiqi ziyafəti keçiriləcək. Burada dünyanın bir çox yerindən məşhur müğənnilər çıxış edəcək. Sonuncu gün isə festivalın bağlanış gecəsi baş tutacaq. Həmin gecədə çoxlu sayda gənc ifaçıların çıxışı gözlənilir. 2020-ildə “Jara”nın yubileyi, beş yaşı tamam olur. Beş gün keçiriləcək musiqi festivalına artıq hazırlıq işləri başlayıb”.

Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalında Rusiya və Azərbaycan şou-biznesinin məşhur pop ulduzlar yer alır. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

«ЖАРА» 2020 🤘🏼🔥 5 дней и 5 незабываемых музыкальных вечеров🔥 29 июля - Гала-концерт, 30 июля - звёзды нулевых, 31 июля - хиты 90-х, 1 августа - International day, 2 августа - поколение Z! Будет ещё круче, чем в этом году! Билеты можно приобрести в централизованных кассах Баку, а также на сайте www.iticket.az #zhara #zharafest #жаравбаку #жарафест #жара #жарафестиваль #фестивальжара #seabreezebaku #baku #azerbaijan #баку #азербайджан

Публикация от eminofficial (@eminofficial)

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri