Okt
2019
03:48
24
104
5222
Virtual karabakh

Məşhur müğənni nadir xəstəliyindən şikayətləndi

6 Okt, 2019
03:48
5222

Məşhur müğənni nadir xəstəliyindən şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı müğənni Sia ilk dəfə olaraq nevroloji xəstəlikdən əziyyət çəkdiyini etiraf  edib.

Bu barədə o özünün “Twitter” səhifəsində yazıb.

Sia postunda Elers-Danlos sindromundan əziyyət çəkdiyini bildirib. Qadın xroniki ağrılar yaşadığını qeyd edib. O, postunda fiziki və ya emosional ağrıdan əziyyət çəkənləri dəstəkləyib. 

“Mən sizi sevirəm, ayaq üstə durmaqda davam edin. Ağrı ruh düşgünlüyü yaradır, lakin siz tək deyilsiniz”, - deyə müğənni yazıb.

Genetik xəstəlik olan Elers-Danlos sindromunun hədəfi dəri, sümük, qan damarları və digər orqan və toxumaları birləşdirərək vahid sistem yaradan birləşdirici toxumalardır. Bu xəstəlikdən əziyyət çəkən insanların olduqca yumşaq və zərif dərisi olur. Onların dərisinin üzərində tez-tez qançır və çapıqlar yaranır.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri