Okt
2019
20:25
38
170
6159
Virtual karabakh

Məcidin seçimi xanımların xoşuna gəlmədi: Kimi çıxaraq, Murad Dadaşovu?! - VİDEO

“Maşın” şouda ötən gün Məcid Hüseynovun Aşıq Namiqi oyundan çıxarması bir çox tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı.  
 
Hətta, aktyoru bu hərəkətinə görə qınayanlar da oldu. Bununla bağlı Baku TV-yə ətraflı müsahibə verən Məcid Hüseynov deyib ki, onun hədəfi Namiq olmayıb: 
 
“Ağzının danışığını bilmədi, ona görə onu çıxardım, hamıya də ləzzət elədi bu hərəkətim”.  
 
O, həmçinin əlavə edib ki, bu oyundu kimisə çıxarmalıyıq: “Onu çıxarma, bunu çıxarma, kimi çıxaraq, Murad Dadaşovu?!”  
 
Müğənni Ayan İsmayılova və Türkan Vəlizadə isə Məcidin bu hərəkətini qəbul etməyiblər. İsmayılova müsahibəsində deyib ki, ötən gün başqa adam çıxmalı idi, Məcid sözünün üstündə durmadı.  
 
Müğənni həmçinin Məcid Hüseynovun qalması üçün tamaşaçılardan səs istədiyinə görə üzrxahlıq edib.  
 
Müğənninin bu sözlərini digər həmkarı Türkan Vəlizadə də təsdiq edib. Bundan başqa, reportaj zamanı müğənni Niyam Salami və aktyor Məcid Hüseynov Baku TV-nin mikrofonunu götürərək iştirakçılara maraqlı suallar veriblər.  
 
Geniş reportajı təqdim edirik. 
 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri