Okt
2019
00:16
161
240
13064
Virtual karabakh

“Maskarad”da günün yekunu: Aysun üçün maşın əldən getdi - YENİLƏNİB+FOTO/VİDEO

9 Okt, 2019
00:16
13064

“Maskarad”da günün yekunu: Aysun üçün maşın əldən getdi - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şouda qalıb dürüst oyun aparmaq istəyirəm. Bu maşına çox ehtiyacım var. İstəyirəm öz zəhmətimlə avtomobilə sahib olum.  

Oxu.Az xəbər verir ki, bu sözləri şounun sonunda müğənni Aysun İsmayılova deyib və əlavə edib: 

“Şouda qalsam bundan sonra oyun daha da maraqlı olacaq”.  

“Maşın”ın aparıcısı Murad Dadaşov tamaşaçıların göndərdiyi səs faizlərini açıqlmaq üçün Aysunu tribunaya dəvət edib və gələn səslərə “stop” deyib.  

İzləyicilər müğənninin “qalması”na 44,96% səs göndərərək, Aysun İsmayılovanın şoudan “getməsinə” səbəb olublar.  

Gənc ifaçı şounu bu sözlərlə tərk edib: “Dürüst oyun nümayiş etdirin. Düzgün oynayın. İnşallah, maşın Türkan Vəlizadəyə qismət olar”.  

Beləliklə, sabah 9 məşhur avtomobil uğrunda mübarizəni qaldıqları yerdən davam etdirəcəklər. 

8 oktyabr, 23:48

Aparıcı Lalə Mustafayeva “Maşın” şouda yaşananları şərh edərkən əsəbləşib.  

“Burada tülkü oyunu gedir. Mən bu oyunlarda yoxam. Hədəf olsam da, Aysuna dəstəyəm”, - deyə iştirakçı bildirib.  

Lalənin çıxışından dərhal sonra söz günün qəhrəmanı Aysun İsmayılovaya verilib: 

“Mən sözü bir dəfə verirəm. Başqalar kimi deyiləm. Sözümdən dönə bilmərəm. Hamı məni mərd qız kimi tanıyır”.  

Məcid Hüseynov isə yenidən fikrini dəyişdirib: “Aysuna dəstəyəm. Xahiş edirəm ki, onun oyunda qalmasına səs yollayasız. Qoy, qalib gəlib, məni şoudan çıxartsın. Qətiyyən üzülmərəm də”. 

23:46

Üç gündü hamı bilir ki, hədəfim Məciddir. Heç bir şey kənardan göründüyü kimi deyil.  

Oxu.Az xəbər verir ki, bu sözləri Aysun İsmayılova “Maşın” şounun ikinci saatında söyləyib.  

“Mənim xalqın dəstəyinə bu gün ehtiyacım var. Tərbiyəm ona icazə vermir ki, baş verənləri açıqlayım. Heç vaxt heç kimin sözünü aparıb, danışmaram. Mən bu gün burdan səs toplamasam da, xalqıma təşəkkürümü bildirirəm. Qurban olum bütün Azərbaycanın kasıb insanlarına. Mən əgər burda olanları danışsam, 100% səs yığaram. Namiq müəllim çıxanda hamı gördü, necə tir-tir əsirdim”.  

Məcid isə Aysuna qarşılıq verərək, bu sözləri deyib: “Aysunun “getməsi”nə səs verin. Bacardığınız qədər məni dəstəkləyin. Aysunun xətrinə dəyməmişəm. Mən elə bilirdim ki, köhnə məsələlər unudulub, yaddan çıxıb”. 

22:54

“Dünən Namiq şou bitəndə xoş olmayan sözlər işlətdi. Evimdə iki əsgər böyüdürəm. Nə qədər əziyyət çəkirəm. Milyon belə maşın qurban olsun bizim balalarımıza. Böyük oğlum deyir ki, biz onsuz da bilirik ki, sən bizi çox istəyirsən, Namiqə fikir vermə”. 

Oxu.Az xəbər verir ki, bu sözləri aktyor Məcid Hüseynov şounun gedişatında dilə gətirib.  

“Ola bilər ki, hədəf mənəm. Aysunda Məcid adını eşitməmişəm. Ona görə mən də Aysunun “qalması” üçün tamaşaçılardan səs istəyirəm. Aysunun şəklini mən atmışam, hədəfinin də mən olduğunu bilirəm”.  

Aysun isə hədəfinin Məcid olduğunu təsdiqləyib: “O, mənə söz vermişdi, əfsuslar olsun ki sözünün ağası olmadı. Elə buna görə də hədəfimə çevrildi”. 

 

22:30

“MGP”nin ərsəyə gətirdiyi, ölkənin ən reytinqli və bahalı realiti şousu “Maşın” “Maskarad” adlı sürəti ilə ATV-də səkkizinci efirinə start verib.  

Oxu.Az xəbər verir ki, 18 məşhur ilə başlayıb, 10 məşhurla davam edən şounun daha bir gərgin və intriqa dolu oyunu başlayıb.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov avtomobil uğrunda mübarizə aparan iştirakçıların səsvermə nəticələrini açıqlayıb.  

Səsvermədə şəkli 8 dəfə qutuya atılan müğənni Aysun İsmayılova oldu. Gənc ifaçı tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyib: 

“Azərbaycan xalqından səs istəyirəm. Mənim anam sizin ona verdiyiniz çörəklə məni böyüdüb. Sizdən, əziz tamaşaçılar, bu dəfə özümə səs istəyirəm”.  

Aparıcı Murad Dadaşovun “hədəfin kimdir?” sualına Aysun bu cür cavab verib: “Dünəndən xahiş etdim ki, mənim şəklimi atın. Haqsızlığa dözə bilmirəm. Hədəfim artıq bəllidir, ad çəkməyəcəyəm. Şouda qalsam, hədəfimi deyib onu da çıxardacam. Hədəfimin adını gizli saxlamaq istəyirəm”. 

İsmayılovanın oyunda qalıb, ya gedəcəyini isə tamaşaçılar müəyyən edəcək.  

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri