Okt
2019
13:49
36
237
11674
Virtual karabakh

Afaqın “Malena” obrazı səs-küy yaratdı - FOTO

9 Okt, 2019
13:49
11674

Afaqın “Malena” obrazı səs-küy yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ATV Maqazin 10larla” verilişinin aparıcısı Afaq Gəncəlinin paylaşdığı foto müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, Afaq dünya şöhrətli italiyalı aktrisa Monika Belluçinin yaratdığı əsrarəngiz və cəsarətli Malena obrazını təkrarlayıb.

Fotoda Gəncəlidən savayı, müğənnilər Zamiq Hüseynov, Ayaz Qasımov, Əhməd Mustafayev, Samir Piriyev və Ceyhun Zeynalov da təsvir olunub.

“Mənim dəyərli dostlarım, siz nəinki gözəl ifaçılarsınız, həm də yaxşı dostlarsınız”, - Afaq “Instagram” hesabında yazıb.

Foto ilə bağlı Oxu.Az-ın əməkdaşı Afaq Gəncəli ilə əlaqə saxlayıb.

O, sosial media hesabında yayımladığı fotonu bu cür şərh edib.

“Çalışdığım ATV telekanalından bizə hər hansı məlumatı saytlara yaymağa qadağan ediblər. Fotonu yaymağa belə icazə yox idi. Amma gördüyünüz kimi, öz səhifəmdə paylaşmışam. 

Sadəcə, onu deyə bilərəm ki, yaratdığım “Malena” obrazı aparıcı olduğum verilişin anons çəkilişləri ilə əlaqədərdir. Tezliklə ATV-nin efirində yayımlanacaq”.

Afaq maqazin proqramı ilə yanaşı, yeni bir televiziya layihəsi üzrə iş getdiyinin anonsunu verdi :

“Tamaşıçılar məni ATV-də tam fərqli formatda yayımlanacaq verilişdə görə biləcəklər. Sözügedən layihə bir-iki aya ekranlara çıxacaq”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri