10 
Okt
2019
17:07
44
49
2233
Virtual karabakh

“Kral Şakir. Korsanlar Diyarı” “CinemaPlus”da - VİDEO

Oktyabrın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Kral Şakir. Korsanlar Diyarı” filminin nümayişinə başlanılıb.

Türkiyə istehsalı olan “Kral Şakir. Korsanlar Diyarı” animasiya filminin rejissorları Haluk Can Dizdaroğlu və Berk Tokaydır. Baş rollarda Atilla Şendil, Levent Ünsal və Mustafa Oral çəkiliblər. 90 dəqiqəlik animasiyada yaş həddi “3+”dür.

Film haqqında qısa məlumat: Şəhərə yaxınlaşmaq üzrə olan tarix öncəsinə aid varlığın qarşısını almaq üçün çətin bir macəraya atılan Şakir və ailəsinin həyatından bəhs edilir. Şəhər böyük bir təhlükə ilə qarşı-qarşıyadır.

Okeanın ən dərin yerindən çıxan, tarix öncəsinə aid nəhəng bir varlıq şəhərə gəlmək üzrədir. Varlığı dayandırabiləcək tək şey isə qızıl döyüş topudur. Varlıq şəhərə çatmadan əvvəl onu zərərsizləşdirmık istəyən Şakir və ailəsi döyüş topunu tapmaq üçün yola çıxır. 

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından və kinoteatrın saytından əldə edə bilərsiniz:

www.cinemaplus.az

Mobil tətbiqdən: IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün linklər aşağıdakılardır:

IOS link  

Android link  

Daha ətraflı məlumatı sosial şəbəkələrdəki səhifələrdən və 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri