11 
Okt
2019
00:05
91
228
14944
Virtual karabakh

Oyunda qalan Niyam qərarını açıqladı - YENİLƏNİB + VİDEO

11 Okt, 2019
00:05
14944

Oyunda qalan Niyam qərarını açıqladı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şounun aparıcısı Xalq artisti Murad Dadaşov səsverməyə “stop” deyib.

Səsvermənin nəticələrinə əsasən Niyam 69,36% səslə şouda qalıb.

Onun kövrəldiyi gözdən qaçmayıb. Sənətçi bu qalibiyyəti göz yaşı içində qarşılayıb. O oyundakı qərarına bu cür şərh verib:

“Hər kəsə təşəkkür edirəm. Demişdim ki, kimsə əlini götürsə, oyundan heç kimi çıxartmaram. Elə buna görə də oyunda qalıb, heç kimi oyundan uzaqlaşdırmıram”.

Beləlikə, bu gün Xalq artisti Fatma Mahmudova üçün “Maşın əldən getdi”.

23:53

Şouda heç kəsin gözləmədiyi hadisə baş verib.
Xalq artisti Fatma Mahmudova əlini avtomobildən çəkib və oyunu tərk edib. O bu addımını oyunda əsəblərinin tab gətirmədiyi ilə əsaslandırıb.

Canlı efirdə məşhur aktrisanın halı birdən-birə pisləşib. 

Hazırda məşhurun sağlıq durumunun yaxşı olmadığı bildirilir. Şounun aparıcısı Murad Dadaşov Fatma Mahmudovanın əsəbdən stress keçirtdiyini canlı efirdə dilə gətirib.
 

23:05

Ramal ilə birlikdə film izləyirdik. Fatma xanım isə elə düşündü ki, onun arxasınca hansısa gizli işlər çevirib, planlar qururuq. Amma bu qətiyyən belə deyil. Mən ona burada o qədər qayğı göstərirəm, hətta ayaqlarını masaj da edirəm. Bunu isə özümə qətiyyən ayıb bilmirəm.

Bu sözləri müğənni Türkan Vəlizadə dilə gətirib. Xalq artisti Fatma Mahmudova yenə də öz fikrində qalmağı hər şeydən üstün tutub.

Aktrisa digər iştirakçıların arxasınca ona qarşı plan qurduqlarını və oyundan kənarlaşdırmaq istədiklərini bildirib.

22:45

Bilirsiniz ki, iki dəfə əlimə şans düşüb. Gənclərə dəymərəm, onları çıxartmaram. Lazım gəlsə, özüm belə çıxaram.

Bu sözləri Xalq artisi Fatma Mahmudova söyləyib. Daha sonra mikrofon önünə keçən aktrisa Zümrüd Qasımova bu günkü oyunu belə qiymətləndirib:

“Fatma xanım təklif etdi ki, onun şəklini qutuya atım. Mən isə bunu etmədim. Çünki Fatma xanımın üçüncü dəfə səsverməyə çıxmasına yol verə bilməzdik. Ona görə Niyam Səlaminin şəklini atmağı qərara aldım. Niyamın hədəfi mən də ola bilərəm. Amma buna rəğmən tamaşaçılardan Niyama səs göndərmələrini istəyirəm”.

Hazırda müğənni Niyam Səlaminin oyunda aqibəti həll olunur. O hədəfinin kimliyini açıqlamaqdan boyun qaçırdıb.

22:30

Şounun aparıcısı Xalq artisti Murad Dadaşov “hədəfin kimdir?” sualı ilə müğənni Niyam Səlamiyə müraciət edib. O isə ona ünvanlanan sualı bu cür şərh edib:

“Oyunu necə başladılarsa, mən də elə davam etdirəcəyəm. İştirakçılar burada hədəfini açıqlamadıqları üçün mən də açıqlamıram”.

M.Dadaşovun “bu gün şouda kim özünü hədəf görür” sualına Xalq artisti Fatma Mahmudovadan cavab gəlib: 

“Hiss edirəm ki, hədəf mənəm. Mənim Niyamın sənətinə böyük hörmətim var. Təki mən onun əli ilə oyundan çıxım. Amma məni şouda görmək istəyən tamaşaçılarıma Niyamın “getməsinə” səs vermələrini rica edirəm”.

Niyam isə Xalq artistinin bu iddialarının yanlış olduğunu və hədəfinin F.Mahmudova olmadığını dilə gətirib. Hazırda şouda Niyam Səlaminin aqibəti həll olunur. Onun şouda “qalması” və ya “getməsi” canlı efirin sonunda müəyyənləşəcək.

 

22:13

MGP-nin ərsəyə gətirdiyi, ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şounun “Maskarad” adlı sürətinin növbəti səs-küylü və intriqa dolu onuncu gecəsinə start verilib.

Oxu.Az xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda 8 məşhur - 6 xanım, 2 bəy avtomobil uğrunda mübarizəyə başlayıb. Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.

Beləliklə, bu gecə şəkli 4 dəfə qutuya atılan müğənni Niyam Səlami oldu. O, tribunaya çıxaraq oyunda qalıb, dəyəri 50 min manatlıq avtomobil uğrunda mübarizə aparmaq üçün tamaşaçılardan ona səs göndərmələrii rica edib: 

“Dünən şouda elə bir vəziyyət yarandı ki adım belə yadımdan çıxdı. Dediyimin üstündə hər zaman durmuşam. Dostlarımdan və doğulduğum Masallıdan səs gözləyirəm”.

Niyam Səlami hədəfinin kim olduğunu hələ ki açıqlamayıb. Şouda qaldığı təqdirdə o, 7 iştirakçıdan birini kənarlaşdıra və ya özü belə oyundan çıxa bilər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri