12 
Okt
2019
13:25
123
67
8181
Virtual karabakh

Seksual model üçüncü dəfə ana oldu - FOTO

12 Okt, 2019
13:25
8181

Seksual model üçüncü dəfə ana oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Victoria's Secret”in cazibədar modeli, 36 yaşlı Miranda Kerr və 29 yaşlı milyarder, “Snapchat”ın qurucusu Evan Spiegelin ailəsində bayramdır.

Oxu.Az xəbər verir ki, məşhur cütlüyün sevincinə səbəb təzəcə dünyaya gəlmiş körpədir.

Belə ki, supermodelin Evandan ikinci oğlan övladı doğulub. Bundan bir il öncə onların Hart adlı oğlan övladı dünyaya gəlib.

Mirandanın bu həftənin əvvəlində ana olduğu bildirilib. “Marie Claire” dərgisinin oktyabr nömrəsinə müsahibə verən məşhur model doğulacaq körpəsinə ad seçdiyini bildirsə də, digər detalları gizli saxlayıb.

Qeyd edək ki, supermodel Mirande Kerrin keçmiş həyat yoldaşı Orlando Blumdan Flin adlı oğlu var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri