14 
Okt
2019
00:21
48
280
17152
Virtual karabakh

“Maşın”da günün yekunu: Lalə bu dəfə sözündə durdu - YENİLƏNİB+FOTO/VİDEO

14 Okt, 2019
00:21
17152

“Maşın”da günün yekunu: Lalə bu dəfə sözündə durdu - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın”da günün yekunu açıqlanıb. 

Oxu.Az xəbər verir ki, aparıcı M.Dadaşov səsvermənin nəticələrini açıqlamaq üçün Lalə Mustafayevanı tribunaya dəvət edib.  

O, səsverməyə “stop” deyərək səslərin hesablanmasını gözləyib.  

Bir neçə saniyədən sonra Lalənin oyunda qalması öz təsdiqini tapıb. O, 51,24% səs toplayaraq şouda iştirakını davam etdirib.  

“Söz vermişdim ki, heç kəsi oyundan çıxartmayacağam. Sözümün də üstündə dururam. Mən güclü qadınam”, - deyən Lalə tamaşaçılara onu şouda saxladıqlarına görə təşəkkürünü bildirib.  

Beləliklə, bu gecə oyundan gedən yalnız müğənni Niyam Salami olub.  

Şou dörd iştirakçı ilə bu gün axşam saat 22:00-dan etibarən davam edəcək.  

Böyük finala kimin çıxacağı isə bu gün axşam canlı yayımda bəlli olacaq. 

 

00:11

Onlar mənim ağzımdan çıxan “heç kəsi oyundan çıxartmayacağam” sözünə əmin olub, məni bu gün səsverməyə çıxartdılar. Amma bu belə olmalı deyildi. Şəklimi atan insanlar mənə tələ qurdular. Bu, cəsarətsizlikdir.  

Oxu.Az xəbər verir ki, bu sözləri Lalə Mustafayeva oyunun gedişatında səsləndirib.  

Daha sonra şouda Suna Kasımoğlu ilə Lalənin sözləşərək, bir-birinin şəklini atdığı ortalığa çıxıb.  

Ramal ilə Kəmalə isə Lalənin şəklini qutuya ataraq, Mustafayevanı səsverməyə çıxartmış olublar.  

Mustafayeva səs topladığı halda şoudan hər hansısa iştirakçını çıxartmayacağını desə də, sözünün üstündə durmayacağı da istisna deyil.  

Aparıcı Kəmalə Piriyeva yenə də Laləyə səslənərək, oyundan heç kimi çıxartmayacağını dönə-dönə onun yadına salıb. 

Piriyeva həmçinin Lalənin şəklini qutuya atmasının təsadüf olduğunu dilə gətirib. 

 

13 oktyabr, 23:13

“Maşın”da gərginlik yenə pik həddə çatıb.  

Göz yaşlarına sahib ola bilməyən Lalə Mustafayeva tamaşaçılara səslənərək yenidən onlardan səs istəyib. Daha sonra Mustafayeva mikrofon önündə həmkarı Kəmalə Piriyeva ilə sözləşib.  

O, Kəmalədən şəklini qutuya atmamasını istəsə də, Piriyeva onun sözlərinə əməl etməyib.  

Kəmalə isə məsələni bu cür şərh edib:  

“Hələ bilmək olmaz, mən çıxsam, tribunaya səs toplayacağam ya yox? Amma mən sənə söz verməmişdim ki, sənin şəklini atmayacağam qutuya”.  

Daha sonra aparıcının “şouda qalsan, oyundan kimi çıxardacaqsan?”sualına Lalə belə cavab verib: 

“Mənə oyunçular tələ qurdular. Hamı ilə xoş münasibət saxladığıma görə, burada məni ikiüzlü adlandırırlar. Realiti-şou olsa da, özüm kimi olmalıyam. Amma şouda qalsam, heç kəsi çıxarmayacağam. Çünki həqiqətən çıxara bilmərəm. Çox pis seçim vəziyyətindəyəm”.  

Lalə şounun gedişatında bir neçə gün öncə çıxardığı müğənni Tükran Vəlizadədən də söz açıb, və müğənninin onu hədələdiyini bildirib:  

“Türkan “İnstagram” hesabıma hücüm çəkib. Mənə şərhlərdə hədə qorxu gəlir. Deyir ki, hər şey edəcəyəm ki, oyunda qalmayasan”.  

Türkan isə cavab olaraq rəsmi “İnstagram” hesabından tamaşaçılara səslənərək Lalə Mustafayevanın oyundan “getməsinə” səs göndərmə rica edib: “Dəyərli izləyicilərim, məni sevən bütün tamaşaçılardan, sizdən dəstək istəyirəm. “Getsin”ə səs verin. Çünki məni heç nədən oyundan çıxardı. Haqqıma girdi. Sevənlərimdən səs istəyə bilmədim. Mən elə xanım deyiləm, kiməsə hədə qorxu gəlim. Sadəcə olaraq, sizdən onun “getməsi”nə səs istəyirəm”.

 

22:52

Ölkənin ən bahalı telelayihəsi olan “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin sayca 13-cü buraxlışı yayıma başlayıb. 

Oxu.Az xəbər verir ki, beş məşhurun - üç xanım (Kəmalə Piriyeva, Suna Kasımoğlu, Lalə Mustafayeva) və iki bəyin (Niyam Salami, Ramal İsrafilov) dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobil uğrunda apardığı gərgin mübarizə davam edir.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov ATV-nin canlı efirində səsvermənin nəticələrini açıqlamaq istəsə də, şouda gözlənilməz mənzərə ortalığa çıxıb.  

Efirə hər kəsi şoka salan süjet yayımlanıb. Həmin süjetdə müğənni Niyam Salami ilə Suna Kasımoğlu və Kəmalə Piriyevanın səs-küylü dialoqu yer alıb.  

Niyamın “Mən iki dəfə, Ramal və Lalə hərəsi bir dəfə tribunaya çıxıb səs istəmişik, indi də növbə sizindir, qızlar”, - deməsi Suna Kasımoğlunu özündən çıxarıb.  

O, oyunda bu cür qaydanın olmadığını irəli sürərək, Niyamə etirazını bildirib.  

Sunanın qışqırdığını görən Niyam Salami əlini avtomobildən çəkərək, oyunu tərk edib.  

Daha sonra isə canlı efirdə Niyam “Mən qadınlarla mübarizə apara bilmirəm” deyərək şouda iştirakını dayandırıb.  

Amma buna rəğmən, aparıcı M.Dadaşov keçirilən səsvermənin nəticələrini açıqlayıb.  

Şəkli digər iştirakçılar tərəfindən iki dəfə qutuya atılan aparıcı Lalə Mustafayeva yenidən tribunaya çıxıb. 

“Şokdayam! Düzdür, qulağıma çatırdı ki, məni buraya çıxardacaqlar. Üzümə gülüb, arxamca zərbələr endirdilər. Mən şouda finala qalıb, avtomobili udmaq istəyirəm. Səs göndərin, dəstək olun”, - deyə Lalə tamaşaçılara səslənib və onlardan səs istəyib.  

Hazırda Lalə Mustafayevanın şouda aqibəti həll olunur. Lalə hədəfinin kimliyini hələ ki, açıqlamayıb. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri