14 
Okt
2019
14:58
107
44
2144
Virtual karabakh

“Kvartal-95”in aktyoru Yevgeni Koşevoy: Bakını heyran etməyə çalışacağıq

14 Okt, 2019
14:58
2144

“Kvartal-95”in aktyoru Yevgeni Koşevoy: Bakını heyran etməyə çalışacağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda ilk dəfə olaraq konsert verəcək.

Media.Az bu gün “Kvartal-95”in ən məşhur aktyorlarından olan Yevgeni Koşevoyla söhbət edib. 

Yevgeni Koşevoy studiya yaranandan bəri - artıq 15 ildir ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski ilə dostluq edir.

Zelenski inauqurasiya vaxtı Koşevoyu qonaqlar arasında görüb və onun başından öpüb.

Bu kadrlar bütün dünyada yayıldı və Media.Az-ın jurnalistləri də burada iştirak edib.

Y.Koşevoy bundan əvvəl “Kvartal-95”lə birlikdə Qəbələdə olduğunu, Bakıya isə ilk səfərini edəcəyini deyib. 

Aktyorun sözlərinə görə, oktyabrın 15-də Kiyevdə konsert keçirəcəklər və seçdikləri bəzi səhnələri Bakıdakı tamaşaçılar ilk dəfə görəcəklər. O əlavə edib ki, bu, həm Kiyev, həm də Bakı üçün premyera olacaq. Yevgeni Koşevoy Bakını heyran etməyə çalışacaqlarını deyib.

O, Vladimir Zelenskinin yoxluğunu hiss etdiklərini bildirib və qeyd edib ki, V.Zelenskisiz kollektivə çox ağırdır: 

“Yeri gəlmişkən, tez-tez prezidentlə görüşürük. Əlaqələri dəstəkləyirik. Biz Zelenskinin başladığı səviyyədə davam etdirməliyik. Bu, böyük əmək tələb edir”. 

O, Ukraynada mer vəzifəsinə namizədliyi ilə bağlı yayılan informasiyaların yalan olduğunu əlavə edib. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri