15 
Okt
2019
00:12
57
242
16450
Virtual karabakh

“Maşın”da son gecə: Gedən getdi, finala kimlər qaldı? - YENİLƏNİB+FOTO/VİDEO

15 Okt, 2019
00:12
16450

“Maşın”da son gecə: Gedən getdi, finala kimlər qaldı? - YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın” realiti-şousunun aparıcısı Murad Dadaşov sonuncu dəfə səsverməyə “stop” deyib.  

O, bu gecə səsverməyə çıxan Kəmalə Piriyevanı yenidən tribunaya çağırıb.  

Daha sonra canlı yayımda Piriyevaya tamaşaçılar tərəfindən gələn səslərin faiz nəticələri açıqlanıb. 

Kəmalə 47,79 % səs toplayaraq şounu tərk edib.  

Beləliklə, Kəmalə Piriyeva üçün “Maşın əldən getdi”.  

Lalə isə göz yaşları içində oyunda final mərhələsinə çıxıb.  

Bununla da böyük finala Ramal İsrafilov, Lalə Mustafayeva və Suna Kasımoğlu qalıb.  

Qeyd edək ki, bu gecə iştirakçılar sonuncu dəfə otelə gedib səhərə kimi istirahət edə biləcəklər. Daha sonra şounun əsas şərtləri və qaydaları işə düşür. Onlar avtomobildən ayrıla bilməyəcəklər.  

İştirakçılar yalnız xüsusi səs işarəsindən sonra iki saatdan bir bir əlini digər ilə əvəz edə biləcək. Buna rəğmən, oyunçular ürəkləri istəyən qədər su və qida ilə təmin olunacaqlar. 

 

14 oktyabr, 22:45

“Birinizin adını açıqlamağa məcburam. Məndən inciməyin. Heç bir iştirakçı adımı çəkib demədi ki, hədəfimsən. Mənim hədəfim Lalədir”.  

Oxu.Az xəbər verir ki, bu sözləri Kəmalə Piriyeva “Maşın” şounun gedişatında səsləndirib.  

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.

22:30

Ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin on dördüncü gecəsinə start verilib.  

Oxu.Az xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda dörd məşhur, yəni 3 xanım (Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva) və bir bəy (Ramal İsrafilov) böyük finalın bir addımlığında mübarizəyə başlayıb.  

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.  

Beləliklə şounun finaldan öncəki son gecəsində şəkli iki dəfə qutuya atılan aparıcı Kəmalə Piriyeva olub. 

O, tribunaya çıxaraq oyunda qalıb, dəyəri 50 min manatlıq avtomobil uğrunda mübarizəsini aparmaq üçün tamaşaçılardan ona səs göndərmələrini rica edib:  

“Uşaq yaşlarımdan sizin qarşınızdayam. Hər bir televiziya tamaşaçısından dəstək gözləyirəm. Şounu final gecəsinin bir addımlığında tərk etmək istəmirəm”.  

Qeyd edək ki, bu gecə son dəfə tamaçılar iştirakçının oyundakı taleyi üçün SMS göndərəcəklər. Daha sonra finala çıxan üçlük güc, dözümlülük və iradə nəticəsində avtomobil uğrunda əsl mübarizəyə başlayacaqlar.  

Şounun iştirakçılarından Suna Kasımoğlu situasiyanı belə şərh edib: “Ya Kəmalə, ya da mən çıxacaqdım tribunaya. Güclü qadınla mübarizə aparmaq istərdim. Onun getməyinə səs göndərməsinlər. Kəmalə şouda qalsın” .  

Aparıcı Murad Dadaşov Kəmalə Piriyevaya səslənərək hədəfini soruşub.  

“14 iştirakçı mənə oyundan çıxartmaqla bağlı stress və həyacan yaşadıblar. Mən də istəyirəm ad çəkməyim və onlar da bu hissləri yaşasınlar. Özümdən və mənə gələcək səslərdən əminəm”, - deyə Kəmalə bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri