16 
Okt
2019
12:10
72
334
28002
Virtual karabakh

“YouTube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi - VİDEO

16 Okt, 2019
12:10
28002

“YouTube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.

Oxu.Az xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib.

İfaçı məsələyə belə aydınlıq gətirib:

“Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri  ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib.

Müğənni bildirib ki, “YouTube” nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də,  onlar fikirlərindən dönməyiblər.

“O vaxt nə edəcəyimizi bilmirdik, amma klipi yenidən montaj etməyi fikirləşdik. Yeni görüntülər çəkdik və əsas səhnələrdən birini dəyişdirdik, sonra videonu yenidən şəbəkəyə yüklədik”, - Nərmin qeyd edib.

“Sirr” klipinin yenidən işlənmiş versiyasında aşağıda göstərilən kadrlara görə “YouTube” videoya yaş həddi qoyub.

Qeyd edək ki, vokal ifaçısı Nərmin Behbudova “Səs Azərbaycan” musiqi layihəsinin ən parlaq iştirakçılarından biri olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri